Beşinci Buktreyler Festivalı. Buktreyler hansı tələblərə cavab verməlidir?


Digərləri 18 Fev 2020 15:07:00 123 0

Beşinci Buktreyler Festivalı. Buktreyler hansı tələblərə cavab verməlidir?

Kitabı tanıdın, kitabla tanının!

Buktreyler Festivalının təsiçisi və direktoru Ruslan Sabirli V Buktreyler Festivalında iştirak şərtləri haqqında məlumat vermişdir: "Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Festivalda iştirak etmək isə çox sadədir. Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi Azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə festivalda iştirak edəb bilər. Həmçinin dördüncü Buktreyler Festivalından start verdiyimiz "Ən yaxşı mobil buktreyler" nominasiyası bu il də öz qüvvəsində qalacaq. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu naminasiya üzrə festivala müraciət edə bilər."

Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, "Ən yaxşı mobil buktreyler" nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel, 2020

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

• xronometrajı: max. 3 dəqiqəyədək;

• formatı: mov, mp4, mpeg, mpg, avi, wmv;

• minimal ölçüsü: 1080p Full HD (1920x1080);

• media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);

• əvvəldə Festivalın və dəstəkçilərin loqoları yerləşdirilməlidir;

• sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı yerləşdirilməlidir;

• Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.