Keçmiş məhkumdan “Makarov” tipli tapança və patronları götürüldü


Digərləri 18 Fev 2020 14:23:00 162 0

Keçmiş məhkumdan “Makarov” tipli tapança və patronları götürüldü

Balakən rayon sakini Ə.Muğumovun kirayədə yaşadığı evdən tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Muğumovun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.