Azərbaycanlı Xalq artistinin arvadının lüks mənzili FOTO


Şou-biznes 18 Fev 2020 14:18:00 161 0

Azərbaycanlı Xalq artistinin arvadının lüks mənzili  FOTO

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı - Rusiyanın Xalq artisti Anna Netrebko Avstriyanın paytaxtı Vyana şəhərindəki lüks mənzilini izləyicilərinə nümayiş etdirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, sənətçi mənzilinin görüntülərini "Instagram" hesabında paylaşıb.

Sıx qrafik ucbatından Anna tez-tez mənzilinə baş çəkə bilmədiyindən gileylənib. O, evində olmaq və özünü evdar xanım kimi hiss etmək qərarına gəldiyini deyib.

"Uzun illər davam edən səyahət və işlərdən sonra on gün evdə olmaq xoşbəxtlikdir" - deyə, A.Netrebko bildirib.

48 yaşlı müğənninin mənzilinin fərqləndirici xüsusiyyəti - parlaq mebel, divarlarda asılan bir-birindən rəngarəng rəsmlər və Netrebkonun portretidir. Rəflərdə isə gözəl suvenirlər və müxtəlif ölkələrdən gətirilən bıçaq kolleksiyası var.