Paşinyan Ermənistan ordusunda “əməliyyata” başlayır


Dünya 18 Fev 2020 13:35:32 114 0

Paşinyan Ermənistan ordusunda “əməliyyata” başlayır

Ermənistan hökuməti silahlı qüvvələrdə qeyri-döyüş itkilərinin artmasına dair aparılan müzakirələrdən sonra kadr dəyişiklikləri də daxil olmaqla bəzi qərarlar verib.

Ermənistan hökuməti silahlı qüvvələrdə qeyri-döyüş itkilərinin artmasına dair aparılan müzakirələrdən sonra kadr dəyişiklikləri də daxil olmaqla bəzi qərarlar verib.

“Report” xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində yazı paylaşıb.

Belə ki, ötən gün keçirilən müşavirə zamanı baş nazir “silahlı qüvvələrdəki kriminal davranışlar və intizam” ilə bağlı problemlərin həllini ən mühüm məsələ olduğunu bildirərək, hərbi intizamın səviyyəsini xeyli yüksəltmək üçün silsilə tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Hökumət başçısı bununla bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Ölkə KİV-nin yazdığınagörə, ilin əvvəlindən qeyri-döyüş şəraitində azı 15 hərbi qulluqçu ölüb.