Polşa səfirliyi viza almaq istəyən Azərbaycan vətəndaşlarına müraciət etdi


Siyasət 18 Fev 2020 13:43:36 292 0

Polşa səfirliyi viza almaq istəyən Azərbaycan vətəndaşlarına müraciət etdi

Polşada işləmək və ya təhsil almaq istəyən&Azərbaycan və Türkmənistan vətəndaşlarına&viza verilməsi üçün müraciətlərin qeydiyyatının&aparılması prosedurunda&dəyişikliklər edilib.

© Google.az

Polşada işləmək və ya təhsil almaq istəyənAzərbaycan və Türkmənistan vətəndaşlarınaviza verilməsi üçün müraciətlərin qeydiyyatınınaparılması prosedurundadəyişikliklər edilib.

Bu barədə"Report"a Polşanın Azərbaycandakısəfilrliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı qərarı səfirliyin Konsulluq və Polşa diaspor şöbəsi qəbul edib.

Qeyd olunub ki,2020-ci ilin fevralın 19-danetibarən, e-konsulat sistemində milli viza üçün qeydiyyatdan keçməkdə çətinliklərlə üzləşən insanlar viza müraciətini təqdim etmək üçün [email protected] email ünvanına müraciət edə bilərlər.

Göndərilən e-mail müraciətlərində aşağıdakı məlumatlar əks olunmalıdır:- ad və soyad- əlaqə telefonu

İşləmək məqsədi ilə gedənlər üçün:- İş icazəsinin skan versiyası (iş icazəsi verilən gündən etibarən 90 gündən yuxarı ola bilməz!)

Təhsil almaq məqsədi ilə gedənlər üçün:- bir əcnəbi vətəndaşın təhsil almasına, təhsilini davam etdirməsinə dair icazə verən sənədin skan versiyası (Elm və ali təhsil nazirinin 23 sentyabr 2019-cu il tarixli əmrinə əsasən əlavə)

Bildirilib ki,Konsulluq və Polşa Diaspor Şöbəsi tərəfindən qeyd olunanmeyarlara cavab verməyən müraciətlərə baxılmayacaq və cavablandırılmayacaq:

- Bir e-mail bir nəfər üçün (eyni şəxs haqqında dəfələrlə göndərilən müraciətlər nəzərə alınmayacaq);- Vasitəçilər/işəgötürənlər tərəfindən göndərilən sorğu-müraciətlərə cavab verilməyəcək;- Anketlərin qeydiyyatı zamanı texniki yardım göstərilmir;

Gün təyin olunduğu haqqda e-mail aldıqdan sonra bunları etmək lazımdır:1. https://secure2.e-konsulat.gov.pl daxil olmaq;2. MENU seçimində „Milli viza – Blankı doldurmaq” seçmək lazımdır;3. Viza müraciətini (anketi) doldurmaq, çap etmək və imzalamaq.

Səfirliyin Konsulluq və Polşa diaspor şöbəsindən bildirilibki, viza müraciətinin qəbul edilməsi və baxılması məsələsində heç bir vasitəçi təşkilatlar və viza prosedurlarında iştirak etməyən şəxslər ilə əməkdaşlıq etmir.

Bütün qeydiyyat pulsuzdur.