Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edildi


Digərləri 18 Fev 2020 13:12:00 100 0

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edildi

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrlara müraciət edib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.