Bakıda çoxmərtəbəli binada yanğın olub


Sosial 18 Fev 2020 12:42:23 115 0

Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 47 ünvanında qeydə alınıb.

Belə ki, çoxmərtəbəli binanın 4-cü mərtəbəsində yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları gəliblər.

FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib ki,baş verən yanğın söndürülüb.

İlkin məlumata görə, yanğın nəticəsində mənzildə olan çarpayı yanıb, yanğın DövlətYanğından Mühafizə Xidməti əməkdaşları tərəfindənmühafizə olunub.