Orxan Məmmədov: "Azərbaycanın zərgərlik sahəsinə nizamlayıcı lazımdır"


Digərləri 18 Fev 2020 12:51:20 237 0

Orxan Məmmədov: "Azərbaycanın zərgərlik sahəsinə nizamlayıcı lazımdır"

Zərgərlik sahəsində qiymətləndirmə və nizamlama mexanizmlərinin yaradılması lazımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycanda "Zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" adlı konfransda deyib. Onun sözlərinə görə, qiymətli metalların keyfiyyətinin müəyyən edilməsinə nəzarətin olmaması müxtəlif problemlərə gətirib çıxarır.

O.Məmmədov bildirib ki, Azərbaycanda zərgərlik bazarının iştirakçıları və istehlakçılar arasında etimad aşağı səviyyədədir, ona görə də bu problemi aradan qaldıracaq vasitələrin yaradılması zəruridir:

"Bu sektorda qiymətləndirmə və nizamlama müəssisələrinin yaradılması yolu ilə nəzarət tədbirlərini gücləndirmək lazımdır".