Ukraynada döyüşlər dayandırıldı, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB


Dünya 18 Fev 2020 12:46:00 111 0

Ukraynada döyüşlər dayandırıldı, ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNİB

Bu gün səhər saatlarından&Ukraynanın Donbas bölgəsində ordu ilə&separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

© Google.com

Ukrayna Müdafiə Nazirliyi Donbas bölgəsində döyüşlərin dayandırılması barədə məlumat yayıb.

“Report” xəbər verir ki,Ukrayna ordusunun seperatçılarla döyüşdə1 hərbçisini itirdiyi, daha 4 nəfərin isə yaralandığı bildirilib.

Məlumata görə, separatçılardan isə 1nəfər ölüb, 5-i də ağır yaralanıb.

Eyni zamanda atəşkəsə məhzseparatçılar tərəfindənçağırış edildiyi,Ukrayna tərəfinin mövqelərini itirilmədiyini və vəziyyətə nəzarət etdiyi vurğulanıb.

*** 11:11

Bu gün səhər saatlarındanUkraynanın Donbas bölgəsində ordu iləseparatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

“Report” xəbər verir ki, bunu “Facebook” səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.

Onun sözlərinə görə,Ukrayna tərəfi itkilər verib.

Jurnalist bildirib ki,yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlarahücum ediblər. Nəticədəağır döyüşlər başlayıb.Onun sözlərinə görə, separatçılar152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.

Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini vəitkilərin olduğunu təsdiqləyib.

Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar 2014-cü ilin aprel ayında başlayıb. NəticədəDonetsk və Luqansk regionları separatçıların nəzarətinə keçib.Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Ukrayna tərəfi dəfələrlə bəyan edib ki,separatçıların sırasında Rusiya hərbçiləri də var. Rəsmi Moskvabu ittihamı rədd edir.

Лупят прямо из-за домов: Появилось видео, как боевики РФ накрывают огнем позиции ВСУПолное видео: https://t.co/8RXQk68qhT pic.twitter.com/gen8V2WJaS

— InfoResist (@InfoResist) February 18, 2020