Nazirlik: ""Aqrolizinq"də qeydə alınan pozuntular 2018ci ilədək olan dövrü əhatə edir"
Digərləri 18 Fev 2020 12:35:00 121 0
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. "Aqrolizinq"də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.
Son.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: "Aqrolizinq ASC 2019-cu ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur".
Mənbə: milli.az