Bakı polisi bir gündə 40 cinayətin üstünü açdı


Digərləri 18 Fev 2020 11:49:00 96 0

Bakı polisi bir gündə 40 cinayətin üstünü açdı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də 40 cinayətin üstü açılıb.

Son.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 15-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 6, soyğunçuluq üzrə 1 fakt müəyyən edilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Baş vermiş oğurluq əməlləri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 18 fakt üzrə açılma təmin olunub.