Eltonun səsi batdı,


Digərləri 18 Fev 2020 11:27:00 141 0

Eltonun səsi batdı,

Britaniyalı müğənni-bəstəkar Elton Conun Yeni Zelandiyadakı konserti zamanı qəfildən halı pisləşib.

Son.az axşam.az-a istinadən bildirir ki, konsertdən əvvəl həkimlər ona yüngül ağciyər toxumalarının iltihabı (pnevmoniya) xəstəliyinin olduğunu desələr də, o yenə də səhnəyə çıxmağa üstünlük verib.

Oxuyarkən anidən səsi tutulan ifaçı konserti yarımçıq qoymağa məcbur olub. Əhvalı pozulan ulduz ağlamağa başlayıb. Sevənləri isə dəstək məqsədi ilə onu alqış atəşinə tutublar.

Səhnəni tərk edən 72 yaşlı musiqiçi sosial şəbəkədə pərəstişkarlarından üzr istəyib:

"Bu gün Oklenddəki konsertimə gələn hər kəsə təşəkkür edirəm. Bir neçə saat əvvəl mənə yüngül pnevmoniya diaqnozu qoyulmuşdu, amma mən sizə möhtəşəm gecə yaşatmaq istəyirdim. Səsim itənə qədər əlimdən gələn hər şeyi etdim. Çox məyus oldum, sizdən üzr istəyirəm. Mənə göstərdiyiniz dəstəyə və məhəbbətə görə hamınıza təşəkkür edirəm".