Ukraynanın şərqində ağır döyüşlər gedir


Dünya 18 Fev 2020 11:11:23 112 0

Ukraynanın şərqində ağır döyüşlər gedir

Bu gün səhər saatlarından&Ukraynanın Donbas bölgəsində ordu ilə&separatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

© Google.com

Bu gün səhər saatlarındanUkraynanın Donbas bölgəsində ordu iləseparatçı silahlılar arasında ağır döyüşlər başlayıb.

“Report” xəbər verir ki, bunu “Facebook” səhifəsində ukraynalı jurnalist Yuri Butusov yazıb.

Onun sözlərinə görə,Ukrayna tərəfi itkilər verib.

Jurnalist bildirib ki,yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtilə 07:00) Donbas bölgəsində silahlılar Ukrayna əsgərlərinin dayandığı postlarahücum ediblər. Nəticədəağır döyüşlər başlayıb.Onun sözlərinə görə, separatçılar152 mm çaplı kalibr artilleriya və 120 mm çaplı minomyot daxil olmaqla bütün növ silahlardan istifadə edirlər. Bu, 2018-ci ildən bəri ilk genişmiqyaslı döyüşlərdir.

Ukrayna Müdafiə Nazirliyi hazırda bölgədə döyüşlərin getdiyini vəitkilərin olduğunu təsdiqləyib.