"Tokatçı" filminin Əminəsi indiki halı ilə təəccübləndirir


Digərləri 18 Fev 2020 11:05:00 130 0

"Tokatçı" filminin Əminəsi indiki halı ilə təəccübləndirir

"Tokatçı" filminin Əminəsinin indiki halının fotoları yayılıb.

Son.az bildirir ki, Türkiyənin "Haberler" nəşri "Tokatçı" filmində Əminə obrazını canladıran aktrisa Nazan Saatçının Instagram fotolarını yayımlayıb.

Kemal Sunal ilə birlikdə sözügedən filmə çəkilən aktrisanın hazırda 62 yaşı var. O, 1958-ci ildə Samsun şəhərində dünyaya gəlib. İstanbul Universitetinin Türk dili və ədəbiyyatı fakültəsindən məzun olan aktrisa 1978-ci ildə "Sinema kraliçası" tituluna layiq görülüb.

Son.az Nazan Saatçının əvvəlki və indiki fotolarını təqdim edir: