Kolumbiyada avtomobil partladıldı, xeyli sayda ölən var


Dünya 18 Fev 2020 10:47:51 110 0

Kolumbiyada avtomobil partladıldı, xeyli sayda ölən var

Partlayış nəticəsində daha 11 nəfər yaralanıb

Kolumbiyanın qərbindəki Kauka Departamentində magistral yolda avtomobilin partladılması nəticəsində azı 7 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, insident Roses bələdiyyəsi yaxınlığında, Panamerika şossesində baş verib.

İlkin məlumatlara görə, naməlum şəxslər hərbi bölmələrə hücum etmək məqsədi ilə avtomobilə qoyulmuş bombanı işə salıblar. Partlayış nəticəsində 11 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Hazırda avtomobil yolu bağlanıb. Hadisə ilə bağlıistintaq başlayıb.

Kauka Departamentdə üsyançı qruplaşmaların aktiv fəaliyyət göstərdiyi qeyd olunur.