Ticarət Palatasının sədri: "ABŞ şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirib"


İqtisadiyyat 18 Fev 2020 10:21:01 99 0

Ticarət Palatasının sədri: "ABŞ şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirib"

"2017-ci ildə təşkil edilən ticarət missiyasından sonra ABŞ şirkətləri 1,2 mln dollarlıq müqavilə imzalayıb"

"Biz biznes maraqlarını həm ABŞ, həm də Azərbaycanda təbliğ edirik".

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara dəstək üçün tərəfdaşlıq sammitindəçıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri deyib.

O əlavə edib ki, bu məqsədlə onlar bir sıra missiyalar təşkil ediblər: "2017-ci ildə təşkil edilən ticarət missiyası nəticəsində Azərbaycan şirkətləri bir neçə mln dollarlıq kontrakt imzalayıblar. Bəzi ABŞ şirkətləri isə Azərbaycanda fəaliyyətlərini genişləndirib. İllinoysda keçirilən görüşdən sonra isə ABŞ şirkətləri 1,2 mln dollarlıq müqavilə imzalayıb. Oklohomadakı görüşdən sonra isə Azərbaycan narının ixracı qərara alınıb. Bütün bunlar isə bizim gördüyümüz işlərə kiçik misaldır".