Rüstəm toy tarixini açıqladı


Şou-biznes 18 Fev 2020 10:17:00 259 0

Rüstəm toy tarixini açıqladı

Model Rüstəm Cəbrayılov toy tarixini açıqlayıb.

Son.az bildirir ki, bu barədə "Show news"a müsahibəsində danışan model xoşbəxt olduğunu bildirib:

"Qismət olarsa, toyumuz orucluqdan əvvəl, apreldə olacaq. 33 yaşım var artıq, mən yaşda meşədə ağac qalmayıb. Sevdim və düşündüm ki, həyatımın qadınını tapmışam".

R.Cəbrayılov ata olmaq arzusundan da söz açıb:

"33 il ərzində 100-ə yaxın ölkədə olmuşam. Xarici ölkələrə getməyə ara verəcəyəm. Gecə gəzintilərim, dostlarla görüşlərim azalacaq. Normal ailə başçısı olacağam. Vətənə, millətə layiqli övladlar yetişdirmək istəyirəm".