Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Samsung hansı yenilikləri təqdim etdi?


Digərləri 18 Fev 2020 09:50:00 133 0

Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Samsung hansı yenilikləri təqdim etdi?

11 Fevral tarixində San-Fransiskodan canlı yayımlanan tədbir çərçivəsində Samsung, 2020-ci ilin yeni məhsul xəttini təqdim edib. Belə ki, bu il Samsung pərəstişkarlarını həqiqətən təəccübləndirməyi bacarıb, buna misal olaraq, burada təmsil olunan Galaxy Z Flip-in təqdimatı böyük marağa səbəb olub.

Galaxy Z Flip haqqında danışarkən qeyd etmək lazımdır ki, qatlanan smartfonlar xəttini davam etdirən cihaz, "bükülən" telefonların ölçüsü və forması barədə anlayışınızı tamamilə dəyişdirəcəkdir. Qadın "pudra qabı" şəklində hazırlanan Z Flip lütf və incəliyin ifadəsidir. Smartfon korpusunun arxa hissəsi işıq şüaları altında bərq vuran bənzərsiz "güzgülü" panel ilə örtülmüşdür. Sözü gedən bu cihaz bağlı halda asanlıqla ovuclunuza yerləşərək, "açıq" vəziyyətdə 2636 x 1080 piksel icazəli 6,7" Dinamik AMOLED ekranı istifadənizə təqdim edir. Beləliklə, yeni Galaxy Z Flip "qatlanan" şüşə ilə təchiz olunub ki, bu smartfon belə bir materialın istifadə edildiyi yeganə telefondur. 10 MP ön kamerası incə kəsik daxilində yerləşdirilən smartfonun, sərhədsiz, "bükülən" Infinity Flex Display-i cihazı daha da incə etdir.  Sözü gedən "qatlanan" smartfonun işləmə mexanizmi xüsusi bir şarnir (oynaq) ilə təmsil olunmuşdur. Samsung mütəxəssisləri qeyd edir ki, bu oynaq sadəcə bir mexanizm deyil, sənət əsəridir. Belə ki, burada mikroskopik uzunluğu olan xüsusi neylon liflərdən istifadə edilir ki, onlarda öz növbəsində mexanizmi təmiz saxlayaraq, toz və kir hissəciklərini işlək detallardan uzaq tutur. 

  Qeyd edilən oynaq və bu model üçün xüsusi olaraq yaradılan istifadəçi interfeysi, birlikdə Galaxy Z Flip foto və video çəkməyin, məzmun istifadə etməyin və bölüşməyin tam yeni bir tərzini təqdim edir. Belə ki, Samsung mühəndisləri burada ikili ekran rejimini tətbiq etməyə müvəffəq olmuşdurlar. Beləliklə, telefon "qatlanmış" şəkildə olarkən, ekranı avtomatik olaraq iki kiçik displeyə bölür və sizə ekranın yuxarı hissəsi məzmunu seyr etmək, aşağı hissəsi isə cihazı idarə etmək üçün təqdim edir.  Buna misal olaraq, yuxarı ekranda YouTube-da video izləyərkən, alt ekranda şərh yaza bilərsiniz. Əlavə olaraq, "qatlanan" ekran sayəsində siz xüsusi altlıq və ya ştativlərədən istifadə etmədən selfie çəkə və video zənglər vasitəsilə əlaqə qura bilərsiniz. Həmçinin, diaqonalı 1,1"  təşkil edən "kiçik" ekran sayəsində, hər biri 12 MP olan ikili əsas kamera ilə çəkilmiş selfie-lərin nəticəsini real zaman çərçivəsində görə bilərsiniz. 300 x 112 piksel icazəsi olan Super AMOLED ekran sadəcə mükəmməl selfie yaratmaq üçün əla köməkçi deyil, həm də üzərində tələb olunan məlumatı əks etdirən lövhədir. "Mini ekranda", buna misal olaraq vaxt, hava və daxil olan zənglər kimi müxtəlif məlumatlar əks oluna bilər.

  Tədbirdə təqdim olunan digər bir yenilik, çoxdan gözlənilən Samsung Galaxy S20 seriyası idi. Beləliklə, məhsul xətti Galaxy S20, Galaxy S20 + və Galaxy S20 Ultra-dan ibarətdir. Hər üç smartfon Gorilla Glass 6 parlaq şüşə ilə örtülərək, müvafiq olaraq biri birindən 6.2", 6.7" və 6.9" diaqonallı ekran ölçüləri ilə fərqlənir.  Quraşdırılmış  matrisanın adında "Dinamik" sözünün istifadə olunması, hər səhnə üçün rənglərin dinamik şəkildə qüvvətləndirildiyinə işarə olaraq, parlaq və tünd kadrlarda daha çox detalın və yarım tonların əks olunmasını  bildirir. 

Galaxy S20 və S20 + -da istifadə olunan kameralara nəzər salaq, ilk növbədə bu hər iki smartfon üçün 10 MP selfie kamerası deməkdir. Əsas kameralara gəldik də isə bu:

• 12 MP icazəli əsas, f / 1.8 aperturası və optik sabitləşdirməsi olan obyektiv, • 12 MP-lik ultrageniş və f / 2.2 işıq gücünə malik sensor, • 64 MP -lik, f / 2.0  apertura və optik sabitləşdirmə ilə təchiz olunmuş, üç qat optik, hibrid zoom-a sahib kameradır.

Əlavə olaraq Galaxy S20 + də isə səhnənin dərinliyini daha yaxşı müəyyənləşdirmək üçün ToF sensorundan da istifadə edilmişdir. Burada üçqat zoom-un dəstəklənməsi  sizi təəccübləndirdisə, bu halda Galaxy S20 Ultra-nın təchiz edildiyi 10 qat hibrid optik və 100 qat rəqəmsal zoom-na və unikal 108 MP kamerasına diqqət yetirməlisinizi tövsiyə edirik. "Ultra" -nın ön kamerası da məhsul xəttində təqdim olunan smartfonlardan fərqlənərək, 40MP icazəyə və f / 2.2 aperturasına sahibdir.