"Sədərək"də 8 nəfərə tibbi yardım göstərilib,


Digərləri 18 Fev 2020 09:39:00 166 0

"Sədərək"də 8 nəfərə tibbi yardım göstərilib,

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlar var.

Son.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, hadisə nəticəsində əraziyə 5 tibbi briqada cəlb edilib: "Hadisə nəticəsində 8 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib".

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.