Ucarda quldurluq edən şəxslər tutulub


Digərləri 18 Fev 2020 08:48:00 116 0

Ucarda quldurluq edən şəxslər tutulub

Ucar rayonunun Qarabörk kəndi ərazisində İmişli rayon sakini Telman Elşad oğlu Quliyev,  Mingəçevir şəhər sakini Müşviq Mehdi oğlu Səmədov və Bakı şəhər sakini Seyidəhməd Ramiz oğlu Daşdəmirov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək Yevlax rayon sakini Anar İsmayıl oğlu Qəribova  həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər.

Son.az APA-ya istinadən xəbər verir ki, onlar  A.Qəribovun alın nahiyəsindən  bıçaqla xəsarət yetirərək 123 manat pulunu alıblar.                                                                                                    

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən hər 3 şəxs saxlanılaraq istintaqa cəlb olunublar.      

Faktla bağlı CM-nın müvafiq maddələri ilə cinayət işi açılıb.