Venesuelada cinayətkar qrupunun silahlıları saxlanılıb


Dünya 18 Fev 2020 07:05:00 91 0

Venesuelada cinayətkar qrupunun silahlıları saxlanılıb

Venesuela təhlükəsizlik qüvvələri Kolumbiyanın "Los Rastrojos" cinayətkar qrupunun silahlılarını ölkənin qərbində həbs edib və maddi-texniki bazasını məhv ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Taçira sərhəd ştatının "müdafiəçisi" vəzifəsinə təyin olunan Freddi Bernal deyib.

Məlumata əsasən, əməliyyat Venesuela hökuməti tərəfindən ötən həftənin sonunda ölkədə başlayan hərbi təlim çərçivəsində həyata keçirilib.

Onun sözlərinə görə, təşkilatın 14 üzvünü saxlanılıb, onların yanacaq ehtiyatları və maddi-texniki təminatı vasitələri məhv edilib.