Dünyanın ən zəngin adamından çağırış: “Gəlin onu müdafiə edək”


Dünya 18 Fev 2020 03:55:59 130 0

Dünyanın ən zəngin adamından çağırış: “Gəlin onu müdafiə edək”

ABŞ-ın “Amazon” şirkətinin rəhbəri, dünyanın ən zəngin insanı, milyarder Ceff Bezos iqlim dəyişikliklərinə qarşı mübarizə üçün "Yer Fondu" açılışını (“Bezos Earth Fund”) elan edib.

ABŞ-ın “Amazon” şirkətinin rəhbəri, dünyanın ən zəngin insanı, milyarder Ceff Bezos iqlim dəyişikliklərinə qarşı mübarizə üçün "Yer Fondu" açılışını (“Bezos Earth Fund”) elan edib.

“Report” xəbər verir ki, bu barədə milyarder özünün“Instagram”dakı səhifəsində bildirib.

Bezos qeyd edib ki, ilkin kapital şəklində 10 milyard ABŞ dolları sərmayə yatırır və artıq 2020-ci ilinyayında ekoloji aktivistlər üçün qrantlar verməyə başlayacaq. “Amazon” iqlim dəyişikliyinin nəticələrinə qarşı aktiv mübarizə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının və alimlərin layihələrini maliyyələşdirəcək.

"Yer kürəsi – bu yeganə şeydir ki, bizim hamımızı onu müdafiə etmək üçün birləşdirir, gəlin onu müdafiə edək!" - milyarder yazıb.

Son məlumatlara görə, Ceff Bezosun sərvəti 130 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.