Yəmənə hava zərbələri endirildi, onlarla ölən var


Dünya 18 Fev 2020 00:48:56 149 0

Yəmənə hava zərbələri endirildi, onlarla ölən var

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ölkələrinin hərbi qüvvələri Yəmənin şimalına hava zərbələri endiriblər.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ölkələrinin hərbi qüvvələri Yəmənin şimalına hava zərbələri endiriblər.

“Report” xəbər verir ki, bu barədə “Al Massira” telekanalı üsyançı “Ansar Allah” hərəkatının Səhiyyə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, koalisiya qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerə endirilən zərbə nəticəsində 35 nəfər həlak olub, habelə 23 nəfər xəsarət alıb. Məlumata görə, ölənlərdən 26-ı, xəsarət alanlardan 18-i uşaqlardır.