Bakıda piyada yol-nəqliyyat hadisəsində xəsarət aldı


Sosial 18 Fev 2020 00:01:37 126 0

Bakıda piyada yol-nəqliyyat hadisəsində xəsarət aldı

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

1958-ci il təvəllüdlü Vladimir Papov yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki diz qapağının və çanağın sınığı diaqnozları qoyulub. V.Papovreanimasiyaya yerləşdirilib.