Elektron siqaret və veyplər siqaretdən də zərərlidir İnsanın DNT kodunu dəyişir


Digərləri 17 Fev 2020 23:55:00 192 0

Elektron siqaret və veyplər siqaretdən də zərərlidir  İnsanın DNT kodunu dəyişir

Siqareti tərgitmək və yaxud siqaretin zərərindən qorunmaq istəyənlər son zamanlar veyp deyilən xüsusi elektron siqaretlərinə meyl edir və bu dəb halını alır.

Elektron siqaret və veyp çəkərkən ağciyərlərə tütün tüstüsü çəkməyəcəklərini , ağciyər xərçəngindən uzaq olacaqları fikrini marketinq reklamları diktə edir.

Son.az medicina.az-a istinadən bildirir ki, ABŞ alimləri son elmi araşdırmalarında əslində veyp və elektron siqaretin elə siqaretdən də zərərli olduğu və heç bir fərqin olmadığnı sübut ediblər.

Belə ki, təcrübədə 45 nəfər insanın qan analizi aparılıb. Onların içində veyp çəkənlər, siqaret çəkənlər və heç çəkməyənlər var idi. Bütün iştirakçılar eyni yaş və cinsdən idi.

Tədqiqat zamanı epigenetic dəyişikliklər izlənilib. Epigenetik dəyişiklik - DNT strukturuna toxunmayan genlərin aktivliyini və onların dəyişilməsidir.

Bu genlərdə yandırılma və ya sönmə prosesi ətraf mühit amilləri: qidalanma, stress, fiziki güc, siqaret və içkinin təsirindən baş verir.