Uhanda xəstəxana müdiri koronavirusdan öldü


Dünya 17 Fev 2020 23:15:00 117 0

Uhanda xəstəxana müdiri koronavirusdan öldü

Uhan müvəqqəti xəstəxanasının müdiri Lyu Çjimin koronavirusdan dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Çjimin xəstəxananın koronavirusdan ölən ilk həkimi olub.

Qeyd edək ki, Çinin Hubey əyalətinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa qarşı mübarizə məqsədilə tikilən müvəqqəti xəstəxana fevralın 2-də təhvil verilmişdi.