Dünya türkiyəli idmançıdan danışır Kanatdan yıxılan uşağı belə xilas etdi FOTO


Digərləri 17 Fev 2020 22:00:00 126 0

Dünya türkiyəli idmançıdan danışır  Kanatdan yıxılan uşağı belə xilas etdi  FOTO

Türkiyənin milli xizək komandasının idmançısı Sıla Kara etdiyi hərəkətlə hər kəsin rəğbətini qazanıb.

Son.az medicina.az-a istinadən bildirir ki, Çində təşkil ediləcək 2020-ci il Qış Olimpiya Oyunlarında iştirak hüququ almaq üçün 2 gün öncə Sloveniyada təşkil edilən yarışlara qoşulub. Final oyunundan əvvəl o kanatla yarışa başlayacağı start xəttinə qalxıb. Bu zaman onun yanında oturan oğlan uşağı müvazinətini itirib. Uşaq oturduğu yerdən aşağı yıxılarkən, Sıla dərhal ayaqlarını uzadıb ki, o tutuna bilsin.

Xizək ustası sloveniyalı uşağı 15 dəqiqə bu vəziyyətdə ayaqları ilə saxlayıb. Daha sonra xilasetmə qrupu gəlib və onu xilas edib. Hadisədən sonra türkiyəli idmançı yerli camaat arasında qəhrəman elan edilib. Hətta polis müdiri tərəfindən medalla mükafatlandırılıb.

İdmançı uşağın panik-atak keçirdiyini və kanatda qorxduğunu bildirib. Buna görə də o sürüşərək aşağı yıxılıb. Xoşbəxtlikdən cəld davranan idmançı əlcəklərini vaxtında çıxarıb və xizəklərindən yapışan uşağı 15 dəqiqə boyunca əlləri ilə havada tutub.