Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi


Digərləri 17 Fev 2020 21:51:00 119 0

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

Təhsil Nazirliyi dərsliklərin və təhsil sənədlərinin hazırlanması üzrə açıq tender elan edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, tender 2020-2021-ci tədris ilinə məktəbəhazırlıq proqramı üzrə dərsliklərin, ümumi təhsilin humanitar fənləri üzrə dərsliklərin (87 adda 1 762 619 nüsxə), texniki fənləri üzrə dərsliklərin (65 adda 2 092 604 nüsxə), ictimai fənləri üzrə dərsliklərin (76 adda 2 286 130 nüsxə), təbiət fənləri üzrə dərsliklərin (30 adda 632 221 nüsxə), peşə ixtisasları üzrə dərsliklərin (96 adda 185699 nüxsə), dərsliklərin komplektinə daxil olan müəllim üçün metodik vəsaitlərin (79 adda 321 040 nüsxə), dövlət nümunəli təhsil sənədləri blanklarının və məktəb sənədlərinin (59 adda 772 940 nüsxə) istehsalı ilə bağlı poliqrafiya işləri üzrə keçirilir.

Tender təklifləri aprelin 2-dək internet portalı vasitəsi ilə təqdim etməlidir. Tender təklifləri aprelin 3-də açılacaq.