Bakıda oğru iş başında yaxalandı


Sosial 17 Fev 2020 21:35:19 118 0

Bakıda oğru iş başında yaxalandı

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, hadisə fevralın 17-də, paytaxtın Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsində qeydə alınıb.

Binə qəsəbə sakini, 1993-cü il təvəllüdlü Xanlar Kərimov evdən məişət əşyaları və elektrik avadanlıqları oğurlayan zaman Suraxanı Rayon Polis İdarəsinin Post Patrux Xidməti əməkdaşları tərəfindən saxlanılıb və 31-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.