Bir neçə hərbi təyinatlı obyektin açılışı olub


Digərləri 17 Fev 2020 21:22:00 137 0

Bir neçə hərbi təyinatlı obyektin açılışı olub

2020-ci ilin fəaliyyət planına uyğun olaraq hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən növbəti hərbi obyektin açılışında iştirak edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, məruzə olunub ki, hərbi hissənin avtomobil parkında iriqabaritli hərbi maşınlar üçün saxlanclar, yanacaqdoldurma məntəqəsi və açıq test meydançası yaradılıb.

Müdafiə naziri parkın ərazisində avtomobillərin saxlanc boksları, yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir məntəqələrində şəraitlə tanış olduqdan sonra, müvafiq tapşırıqlarını verib.