Qusarda narkotik satan şəxslər ifşa edildilər


Digərləri 17 Fev 2020 20:34:00 217 0

Qusarda narkotik satan şəxslər ifşa edildilər

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri zamanı narkotiklərin satişı ilə məşğul olan rayon sakini, 45 yaşlı Raməddin Aslanov, iki qardaş Rəşid və Cavid Beybutovlar, həmçinin narkotik maddələri satıcılardan alan Asim Əmirov saxlanılıblar.

Dindirilmə zamanı Raməddin Aslanov, Rəşid və Cavid Beybutovlar Qusar rayonunda narkotiklərin satışı ilə məşğul olduğunu etiraf ediblər.

Polis əməkdaşları tərəfindən R.Aslanova məxsus evə keçirilən baxış zamanı oradan şüşə balonda satış üçün saxlanılan çəkisi 490 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.