Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı


Dünya 17 Fev 2020 20:53:31 140 0

Çindən kənarda koronavirusa yoluxanların sayı açıqlandı

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

Çindənkənarda yeni koronavirusa yoluxanların sayı 694 nəfərə çatıb, onlardan 3-ü dünyasını dəyişib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoruTedros Adhanom Qebreyesusbrifinqdə bildirib.

“Çin hökuməti koronavirusa70 635 yoluxma halı, o cümlədən 1 772 ölüm halı haqqında məlumat verib. Son 24 saat ərzində Çin hökuməti klinik və laboratoriya üsulu ilə təsdiqlənmiş 2 051 yeni yoluxma halı barədə bildirib. Çin hüdudlarından kənarda ÜST 25 ölkədə 694 yoluxma halı və üç ölən haqqında məlumat alıb”, - baş direktor deyib.