Həyat yoldaşlarını evə gələn hörmətli qonağa hədiyyə edən xalq haqqında ŞOK FAKTLAR


Digərləri 17 Fev 2020 19:24:00 156 0

Həyat yoldaşlarını evə gələn hörmətli qonağa hədiyyə edən xalq haqqında ŞOK FAKTLAR

Xalqların yaşadığı coğrafiya, iqlim şəraiti, relyef təkcə onların qidalanma mədəniyyətini formalaşdırmır, eyni zamanda adət-ənənlərini, mədəniyyətlərini, inanclarını və gələcəyə baxışlarını formalaşdırır.

Son.az ölkə.az-a istinadən xəbər verri ki, müasir dövrümüzdə belə xalqlar dünya xalqlarına inteqrasiya olunsa da, öz milli adət-ənənələrini, mədəniyyətlərini, inanclarını qoruyub saxlayırlar və gələcək nəsillərinə ötürməyə çalışırlar. Bir çox hallarda isə özlərini qorumaq üçün hələ də müasir həyat şəraitinə uyğunlaşmayaraq birgəyaşayışdan uzaq, tənha yaşamağa üstünlük verənlər də var. Belə xalqlardan biri də azsaylı xantı və mansilərdir.

Bir zamanlar biz xantı və mansilərlə SSRİ adlı dövlətdə bir ölkənin tərkibində yaşamışıq.  Xantı və mansilər  fərqli dilə malik olsalar da, aborigen Sibir xalqlarındandır və onların bu ərazilərə haradasa 10 min il bundan öncə gəldiyi ehtimal olunur.

Xantı və Mansilər haqqında bilmədiyimiz və  bizlər üçün şokedici faktlar

Fin-uqor dil qrupuna aid edilən xanti və mansilər  Ob uqorları hesab olunurlar. Linqvistlərin fikrincə, xanti və mansilərə ən yaxın macarlar  (Macarıstan macarları-red) hesab olunur . Çünki macarlar da xantı və mansilər kimi Ural dil ailəsinə aiddirlər.

Mansilərə bəzən voqullar da deyilir və onlar əsasən Tundrada köçəri həyat sürərək, maral saxlamaqla  və ovçuluqla məşğuldurlar.  Mansilər ovçuluqla məşğul olsalar da, bu, onların əsas gəlir mənbəyi olmayıb.

Xantılar isə əsasən Ob və İrtış çayı sahilində yaşayaraq ovçuluq və balıqçılıqla məşğul olublar. Xantılar çox gözəl balıqçı olmaqla yanaşı, həm də ovçudurlar. Xantıların bir qismi mansilər kimi maralçılıqla da məşğul olurlar.

2010-cu ildə Rusiyanın həyata keçirdiyi siyahıyaalma zamanı 30 min civarında xantı, 12 min civarında  mansilərin yaşadığı bəlli olub.

İnancları

Xantı və mansilər inanacalarına görə əsasən bütprəst şamanlardır.

Onlar təbitəin ruhuna, heyvan totemlərinə və ağaclarına inanaraq, ona baş əyiblər.

Bununla belə xantı və mansilərin bir qismi xristianlığı qəbul ediblər. Xristianlığı rəsmən qəbul edən Ob uqorları dünyagörüşlərinə görə, daha çox animizm, zoomorfizm və pravoslavlara daha yaxındır. Odur ki, Allah və ruhlara fərqli formada sitayiş edirlər. Bir çox hallarda xantı və mansilər müqəddəs pravoslav ikonaların dodaqlarını  qurban kəsdiyi heyvanları qanı ilə rəngləyirlər. Onlar bunu bütpərəst tanrı kimi qəbul edirlər.

Onlar  Num-Torum adlandırdıqları tanrını ali Allah hesab edirlər.  Xantı və mansilər  konkret  işdən ötəri Num-Toruma müraciət edirlər. Məsələn ov zamanı, xüsusən də Los ovlayarkən  Yer tanrısı hesab etdikləri Kaltas-evkaya dua ediblər. Kaltas-evka həmçinin Allahana hesab olunur.

Xantı və mansilər ayı öldürülərkən bayram edərlər

Digər Sibir xalqları kimi xantı və mansilər də  ayını öz əcdadları hesab edir. Buna baxmayaraq,  dini inancları ayını öldürməyi, onun dərisini soymağı  və ətini yeməyi qadağan etmir. Əksinə "tayqanın ağası" adlandırılan ayı ovlanması,  dərisinin soyulması  təntənəli bayram şənliyi ilə qeyd edirlər. Əgər ov dişi ayıdırsa, o zaman bayram 3 gün yox, 4 gün  davam edir. Ayının dərisi soyulduqdan sonra başını  qabaq pəncələri arasına qoyulur və ona toxunulmur. Öldürülən ayının burun və gözünə gümüş monetlər qoyur və boynuna ağcaqayından hazırlanan ağızlıq  keçirirlər. Dişi ayının başına qadın yaylıqları atıb, onu müxtəlif bəzək əşyaları ilə bəzəyirlər. Hər evdə bir neçə ayı dərisi olub. Bayramlarda qonaqlara əsasən  təzə  ayı ətindən hazırlanan yeməklər təqdim olunur, mahnılar oxunur, rəqs edilir. Mıəzhəkəli səhnələr  təşkil olunur. Artist, xüsusən də qadın rolunda kişilər çıxış edir.

Qadınlarını başqası ilə dəyirlər