Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib


Siyasət 17 Fev 2020 19:12:30 113 0

Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən növbəti hərbi obyektin açılışında iştirak edib.

2020-ci ilin fəaliyyət planına uyğun olaraq, hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən növbəti hərbi obyektin açılışında iştirak edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, məruzə olunub ki, hərbi hissənin avtomobil parkında iriqabaritli hərbi maşınlar üçün saxlanclar, yanacaqdoldurma məntəqəsi və açıq test meydançası yaradılıb.

Müdafiə naziri parkın ərazisində avtomobillərin saxlanc boksları, yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir məntəqələrində şəraitlə tanış olduqdan sonra, müvafiq tapşırıqlarını verib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək