İranın qərbində zəlzələ olub


Dünya 17 Fev 2020 18:34:00 109 0

İranın qərbində zəlzələ olub

İranın qərbində yerləşən Kürdüstan vilayətinin Kamyaran rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 14:47 dəqiqədə 8 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.