Suriyada kütləvi məzarlıq tapıldı


Dünya 17 Fev 2020 18:19:00 114 0

Suriyada kütləvi məzarlıq tapıldı

Suriyanın Şərqi Quta bölgəsində kütləvi məzarlıq tapılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, cəsədlər 2012-2014-cü illərdə öldürülən şəxslərə aid olub.

Cəsədlərin terror qruplaşmaları tərəfindən qətlə yetirilən hərbçilərə və yerli vətəndaşlara aid olduğu qeyd edilir.

Məzarlıqdan 70 cəsəd çıxarılıb. Həmin şəxslərin əksəriyyətinin güllələnmə və boğulma nəticəsində öldürüldüyü bildirilir.