Fransa şirkətləri Bakı Limanı ilə maraqlanır


İqtisadiyyat 17 Fev 2020 17:36:47 138 0

Fransa şirkətləri Bakı Limanı ilə maraqlanır

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanı ilə tanış olub

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Bakının Qaradağ rayonununƏlət qəsəbəsində yerləşən Bakı Limanı ilə tanış olub.

Bu barədə "Report"aNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən (Bakı Limanı) bildirilib.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov səfiri limanla tanış edərək hazırda limanda tətbiq olunan və tam olaraq avtomatlaşdırılmış əməliyyat sistemi barədə məlumat verib və bildirib ki, məhz bu sistem vasitəsi ilə artıq liman istifadəçiləri lazımi məlumatları daha asan yolla əldə edə bilirlər. Eyni zamanda, Baş direktor qeyd edib ki, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində yerləşməsi liman üçün çox böyük tranzit potensialı yaradır.

Daha sonra qonaqla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi məqsədi ilə Avstriyanın “ÖBB Rail Cargo Group”-u və Niderlandın “Cabooter Group”-u ilə Bakı Limanı arasında imzalanan sazişdən və onun Qərbdən Şərqə doğru Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsində mühüm mərhələ olacağı barədə müzakirələr aparılıb.

Baş direktor sahibkarlar üçün əlverişli və səmərəli layihə olacaq və bu il ərzində liman ərazisində istifadəyə veriləcək gömrük və müvəqqəti saxlanc anbarları barədə də qonağı məlumatlandırıb.

Səfir Qros öz növbəsində qeyd edib ki, Bakı Limanı regional və dünya səviyyəsində ticarət aparan Fransız şirkətləri üçün dəgeniş ticarət əlaqələrinin yaradılması baxımından maraq kəsb edir.