“Elə pişiyim var ki, arvaddan yaxşıdır”


Şou-biznes 17 Fev 2020 17:12:00 143 0

“Elə pişiyim var ki, arvaddan yaxşıdır”

Mənim üçün ailə 10 kilo mal əti deyil ki, bitsin təzədən gedim alım. Həyat yoldaşım məni düşünmədi, uşaqlıq etdi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "X maqazin" proqramında ailə qurmaq haqda sualları cavablandırarkən deyib.

O, evlənmək niyyətində olmadığını söyləyib:

"Elə pişiyim var ki, arvaddan yaxşıdı. Yaxşıları demirəm. Xasiyyətim pisdir, arvadı yazıq edə bilmərəm. Alnıma yazılıb ki, evlənməmisənsə, səhvin varsa, canın çıxmalıdır kimsəsizlərə, ailənə baxmalısan.