Pakistanda güclü partlayış oldu


Dünya 17 Fev 2020 16:44:45 127 0

Pakistanda güclü partlayış oldu

Partlayış ətrafdakı binalar və nəqliyyat vasitələrinə də zərər vurub

Pakistanın Kvetta əyalətində güclü partlayış törədilib.

“Report” “Thenews.com.pk”ya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Partlayış ətrafdakı binalar və nəqliyyat vasitələrinə də zərər vurub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.