Türkiyədə ana azyaşlı övladını döyərək öldürdü FOTO


Dünya 17 Fev 2020 16:39:00 137 0

Türkiyədə ana azyaşlı övladını döyərək öldürdü  FOTO

Türkiyənin İzmir şəhərində azyaşlının ölümündə şübhəli bilinən anası və onun sevgilisi hakim qarşısına çıxıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, beş yaşlı Eymen Sadiq həmin şəxslər tərəfindən döyülərək öldürülüb.

Belə ki, 26 yaşlı Mine D. və sevgilisi 38 yaşlı Serkan E. uşaqla birgə gəzməyə gediblər.

Qətl onlar geri qayıdanda baş verib.

Məhkəmə prosesində dindirilən qadın gəzməkdən qayıdanada yolda avtomobili saxlayıb tualetə getdiyini, qayıdanda isə oğlunu ölmüş vəziyyətdə gördüyünü deyib.

Sevgilisi Serkan E. isə Eymen Sadiqin anası tərəfindən öldürüldüyünü bildirib.