İri şirkətlərin mənfəət artımı səngiyib


İqtisadiyyat 17 Fev 2020 14:24:15 139 0

İri şirkətlərin mənfəət artımı səngiyib

İri şirkətlərin mənfəət artımı səngiyib

Dünyanın 12 min ən nüfuzlu şirkətinin xalis mənfəət artımı yeni koronavirusun yaratdığı çətinliklər üzündən bu ilin birinci rübündə 11 faiz bəndiazalıb.

“Report” “Nikkei”yə istinadən xəbər verir ki, 2019-cu ilin son rübündə 12 min ən nüfuzlu şirkətin xalis mənfəət artımı əvvəlki ilin müvafiq dövrünə nisbətən 16 faiz bənd artsa da, bu ilin birinci rübündə həmin artımın uzaqbaşı 5 faiz bəndi olacağı, Çində isə ötən ilin müvafiq dövrünə nisbətən hətta 16 faiz bəndi azalacağı gözlənilir.

Bunun səbəbi koronavirusun yayılmasına qarşı tətbiq olunan karantin tədbirləri üzündən ölkəboyu bir çox istehsalat zəncirlərinin pozulması, istehlak tələbatının azalması olduğu bildirilir.

Xatırladaq ki, ötən il dekabrın 31-də ilk dəfə açıqlama verildiyi yeni koronavirus bir müddət sonra Dünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq miqyaslı fövqəladə hadisə olaraq dəyərləndirildi. Son məlumata görə koronavirusa yoluxanların sayı 71 442, ölənlərin sayı 1 777, sağalanların sayı 11 214 nəfərdir. Çindən başqa, koronavirusa yoluxma halları daha 25 ölkədə qeydə alınıb.