Oğlunun gözü qarşısında arvadını öldürüb,


Kriminal 17 Fev 2020 13:21:00 146 0

Oğlunun gözü qarşısında arvadını öldürüb,

Çoxuşaqlı Arif Salayev övladının gözü qarşısında arvadını güllələyib, sonra intihar edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın paytaxtında baş verən dəhşətli hadisə barədə "LIFE SHOT" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, Arif arvadı Yelenaya üç dəfə atəş açıb. Bundan sonra uşaq dəhlizə qaçaraq  qonşulardan polis çağırmasını istəyib.

"Qətldən sonra  Arif silahla arvadının otağından çıxıb, sonra öz otağına girib. Orada daha bir atəş səsi eşidilib", - məlumatda bildirilir.

Qonşuların sözlərinə görə, ailədə beş uşaq var. Ancaq hadisə baş verən vaxt evdə səkkiz yaşlı oğulları olub. Onlar bildirib ki, ailənin maddi vəziyyəti yaxşı olub. Salayevlər 13 ildən artıq bu evdə yaşayıb.

"Mash" "Telegram" kanalı xəbər yayıb ki, Arif və Yelena boşanmalarına baxmayaraq, bir yerdə yaşayıblar.

Hadisə ilə bağlı istintaqa başlanılıb. 

Övladının gözü qarşısında arvadını güllələyən şəxs barədə yeni təfərrüat açıqlanıb.