"İnstagram"da meyxana ilə narkomaniyanı təbliğ edən 54 yaşlı kişi saxlanıldı - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 17 Fev 2020 13:10:00 132 0

"İnstagram"da meyxana ilə narkomaniyanı təbliğ edən 54 yaşlı kişi saxlanıldı - FOTO - VİDEO - YENİLƏNİB

Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Abidin Məhərrəmov

Video əlavə olunub

*** 11:38

Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə,Mehdiabad polisisosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxsi ələ keçirib.

Belə ki,Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlıAbidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin "Facebook" və "İnstagram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.

A.Məhərrəmov "İnstaqram"da açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən video görüntüdə paylaşıb. Mehdiabad Polis bölməsinin əməkdaşları, dərhal A.Məhərrəmovun yerini müəyyən edərək onu saxlayıb. Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən, təqribən, çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmin kişi bu kimi faktlarla polis bölməsinə gətirilərək istintaqa təhvil verilib. Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək