Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb


Siyasət 17 Fev 2020 12:41:18 127 0

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

Mənbə: İmzalanması planlaşdırılan sənədlər arasında həmçinin ticarət sahəsindəki sənədlər də var

© google.az — Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbəti bildirib ki,imzalanması planlaşdırılan sənədlər arasında ticarət sahəsində əməkdaşlıqla bağlı müqavilə də var.

O, həmçininTürkiyə liderininBakıya səfərininfevralın 25-nə planlaşdırıldığını deyib.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.