Gürcüstanın sabiq prezidenti fəal siyasətə qayıtdı


Dünya 17 Fev 2020 12:16:21 127 0

Gürcüstanın sabiq prezidenti fəal siyasətə qayıtdı

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili (2013-2018) fəal siyasətə qayıtdığını bəyan edib.

Giorgi Marqvelaşvili

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili (2013-2018) fəal siyasətə qayıtdığını bəyan edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində bildirib.

“Gürcü Arzusu” avtoritarlığı seçməklə qırmızı xətti keçdi. Nə demokratiya, nə milli birlik, nə də Qərb yolu var. Fəal siyasətə qayıdıram. Dostlarım və gürcü xalqı ilə birgə Qərb seçimimizlə bağlı missiyamıza xidmət edəcəyəm”, - G.Marqvelaşvili yazıb.