İmtahandan uğurla keçənlərin sertifikat əldə etməsi üçün qeydiyyat başlanıb


Digərləri 17 Fev 2020 12:20:00 109 0

İmtahandan uğurla keçənlərin sertifikat əldə etməsi üçün qeydiyyat başlanıb

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün fevralın 16-da keçirilmiş test imtahanında müvəffəqiyyət qazanan namizədlər sertifikat əldə etmək üçün fevralın 17-də saat 10:00-dan fevralın 28-i saat 23:59 dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.

Dövlət İmtahan Mərkəzindən Son.az-a bildirilib ki, namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin "skan" edilmiş surətləri formaya əlavə edilir:

-ali təhsil haqqında sənədin surəti; -əmək kitabçasının surəti (olduğu halda); -Ad, soyadında hər hansı dəyişiklik olunan şəxslər müvafiq halı təsdiq edən sənədin surətini (nikah şəhadətnaməsi, məhkəmənin qərarı və s.).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 108) təqdim etməlidir.