Şəbnəm Tovuzlunun arxiv


Şou-biznes 17 Fev 2020 10:14:00 178 0

Şəbnəm Tovuzlunun arxiv

Müğənni Şəbnəm Tovuzlunun paylaşımı maraq doğurub.

Son.az ölkə.az-a istinadən bildirir ki, o, arxiv videosunu "İnstagram" səhifəsində pərəstişkarları ilə bölüşüb. Hələ uşaq yaşından el şənliklərində iştirak edən ifaçı, 1998-ci ildə lentə alınmış vedosunu belə şərh edib:

"13 yaşım. Ən gözəl vaxtlarım. Bayram çəkilişindən. Bunu mənə bu gün göndəriblər. Baxdım və sizlərlə də bölüşmək istədim. Kaş hamının keçmişi belə olardı. Amma bu gün paylaşılan "Ana" mahnısı videomdan xəbərim yox idi. Gördüm və sadəcə gülümsədim. Onu da deyim ki, indi paylaşdığım mahnı o vaxtın ən sevilən mahnılarından idi".

Video izləyicilər tərəfindən çox bəyənilib. Onlar Tovuzlunun ünvanına xoş sözlər yazıblar.