NASA ən hündürdə olan buludların şəkillərini nümayiş etdirib FOTO


Digərləri 17 Fev 2020 08:49:00 165 0

NASA ən hündürdə olan buludların şəkillərini nümayiş etdirib  FOTO

NASA "İnstaqram"da orbitdən çəkilmiş gümüşü buludların fotolarını yerləşdirib.

"Bu buludları yalnız günəş üfüqdə batarkən onları işıqlandırdıqda görmək olar", - NASA izah edib.

Son.az Trend-ə istinadən bildirir ki, şəkillər Beynəlxalq Kosmik Stansiyadan yer səthindən təxminən 433 kilometr hündürlükdə Sakit okeanın cənub hissəsi üzərindən çəkilib.

Qeyd olunur ki, gümüşü buludlar planetimizin atmosferində ən yüksəkdə olanlarıdır. Onlar yerdən 76-85 kilometr hündürlükdə mezosfer qatında əmələ gəlirlər.