Kamerunda 14ü uşaq olmaqla 22 nəfər öldürülüb


Dünya 17 Fev 2020 08:37:00 105 0

Kamerunda 14ü uşaq olmaqla 22 nəfər öldürülüb

Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd sakinini qətlə yetiriblər.

Trend-in məlumatına görə, bu barədə "Agency France Presse"in xəbərində deyilir.

Silahlı hücum 14 fevralda baş verib. Ümumilikdə 22 nəfər qətlə yetirilib, onlardan 14-ü azyaşlıdır. Naməlum şəxslər yaşı beşdən aşağı olan doqquz uşağı, hamilə xanımı və yanlarında uşaqları olan iki qadını öldürüblər.