Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var


Dünya 17 Fev 2020 08:16:00 97 0

Pakistanda naməlum zəhərli qazın sızması nəticəsində ölənlər var

Pakistanın cənubundakı Kəraçi şəhərinin dəniz limanında naməlum zəhərli qazın sızması nəticəsində ən azı 5 nəfər ölüb, 70 nəfər isə zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, sızma liman işçilərinin kimyəvi maddə ilə dolu olan konteyneri yüklədikdə meydana gəlib.

Yerli xilasetmə qüvvələrinin nümayəndəsi zəhərlənən işçilərin xəstəxanaya yerləşdirilmələrini bildirib. Onlardan bəzilərinin vəziyyətı ağırdır. Bununla əlaqədər nümayəndə ölənlərin sayının artacağını istisna etmir.